İran səfirindən Azərbaycan və Türkiyəyə qarşı NİFRƏT DOLU İTTİHAM

11:20 17.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan - Ermənistan sərhədində gərginliyin yenidən artdığı bir vaxtda İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin Türkiyəni ittiham edən və diplomatik çərçivədən çıxan ifadələr işlədib.

Hafta.az-ın yazdığına görə, İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin ILNA-ya müsahibəsində Türkiyəyə qarşı qalmaqallı açıqlamalar verib. O deyib ki, “Ankara Bakını məhz İsrailin maraqları naminə Ermənistanla savaşmağa həvəsləndirib".

İranlı diplomat Azərbaycan-Ermənistan sərhədində münaqişələrin Türkiyə tərəfindən törədildiyini iddia etsə də, “Ankaranın təxribat xarakterli gedişlərinin vəziyyətə birbaşa müdaxilə edə bilməyən Təl-Əvivin rəhbərliyi altında baş verdiyini” deməklə Azərbaycan-Türkiyə qardaşlığını ittihamlayıb və Ermənistana açıq sevgisini bu yolla biruzə verib. 

Xatırladaq ki, 2020-ci ildə Ermənistanın işğalı altında olan torpaqlarını azad edən Azərbaycan son bir həftədə ermənilərin sərhəddə törətdiyi hərbi təxribatlara cavab verib. İki ölkə arasında münaqişələr qısa zamanda böyüyərkən Azərbaycan tərəfindən 77 əsgər şəhid olub, Ermənistanın isə itkiləri 135-ə çatıb.

Siyasət rubrikasından digər xəbərlər